"Sabah"ın baş məşqçisi: "Bu, bizim ən böyük səhvimiz idi"

"Sabah"ın baş məşqçisi: "Bu, bizim ən böyük səhvimiz idi" "Birinci hissədə yaxşı oynadıq".
Futbol
12 Fevral , 2022 18:22
Sabahın baş məşqçisi: Bu, bizim ən böyük səhvimiz idi

"İkinci yarıda üstünlüyü əldən vermək bizim ən böyük səhvimiz idi".

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Neftçi"yə evdə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis birinci hissədə çox yaxşı oynadıqlarını bildirib: "Həmin vaxt matça nəzarət edirdik və müdafiədə nizam-intizamlı oynayırdıq. Rəqibin təhlükəli epizodlar yaratmasına imkan vermədik. Sonadək birinci hissədəki kimi oynamalı idik".

Musayev hakimlik haqqında da danışıb: "Baş hakim öz işini çox yaxşı gördü. Epizod gedirsə və oyunçulardan biri qaydanı pozursa, hakim fit çalmırsa, amma eyni epizodda digər tərəfə birbaşa fit çalırsa, deməli, başqa niyyəti var. Mən qarşılaşmanın daha az dayanmasının və sərt futbolun tərəfdarıyam, amma bunun nəticəsi olmalıdır. Əgər imkan verirsənsə, qoy, hər iki tərəf sərt oynasın. Belə alındı ki, o, sadəcə, bir tərəfə qarşı fit çalırdı. Meydanda futboldan həzz ala bilmədik. İğtişaşların hamsının səbəbi hakimdir. Amma hakimə görə uduzmadıq. Belə hakimlik edilirsə, daha yaxşı oynamalıyıq. İlk yarıdakı kimi oynamalıydıq. Hakim nə etmək istəyirdisə, ona da nail oldu".

Son xəbərlər

Orphus sistemi