"Sabah"ın baş məşqçisi: “Makkabi”yə qarşı Macarıstanda oynamağın bizim üçün nə dərəcədə üstünlük olduğunu bilmirəm

"Sabah"ın baş məşqçisi: “Makkabi”yə qarşı Macarıstanda oynamağın bizim üçün nə dərəcədə üstünlük olduğunu bilmirəm “Makkabi”yə qarşı Macarıstanda oynamağımızın bizim üçün nə dərəcədə üstünlük olduğunu bilmirəm. “Makkabi” çox ciddi klubdur və bir müddətdir ölkədən kənarda hazırlaşırlar.
Futbol
12 İyul , 2024 14:52
Sabahın baş məşqçisi: “Makkabi”yə qarşı Macarıstanda oynamağın bizim üçün nə dərəcədə üstünlük olduğunu bilmirəm

“Makkabi”yə qarşı Macarıstanda oynamağın bizim üçün nə dərəcədə üstünlük olduğunu bilmirəm. “Makkabi” çox ciddi klubdur və bir müddətdir ölkədən kənarda hazırlaşırlar.

Bunu “Report”a açıqlamasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi" (Hayfa, İsrail) klubu ilə qarşılaşacaq “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç deyib.

50 yaşlı xorvatiyalı mütəxəssis komandasının hazırda Sloveniyada davam edən təlim-məşq toplanışının plan üzrə getdiyini söyləyib:

“Burada yaxşı hazırlıq keçmək üçün hər cür şərait yaradılıb. Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirmişik. Sloveniya təmsilçisi “Koper”ə 1:0 qalib gəldik, Serbiyanın “Çukariçki” komandası ilə qolsuz bərabərə qaldıq. Bu oyunlarda bütün futbolçulara şans verdim. Hər iki qarşıaşmada komandamın çıxışından razı qaldım. Amma əlbəttə, düzəldilməli və inkişaf etdirilməli nüanslar var ki, onların da üzərində çalışırıq”.

K.Renduliç komandada ciddi rəqabət olduğunu vurğulayıb:

“Ümid edirəm ki yeni futbolçulara uyğunlaşmaq üçün az vaxt vaxt lazım olacaq. Hazırda komandada ciddi rəqabət var. Bu, müsbət haldır. Belə olanda futbolçular məşqlərdə maksimum güc qoyurlar ki, bu da yaxşı haldır”.

Qeyd edək ki, “Makkabi” - “Sabah” oyunu iyulun 25-də, saat 21:15-də Macarıstanın Kişvarda şəhərində keçiriləcək. Cavab matçı isə avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi