"Sabah"ın rusiyalı baş məşqçisi Rusiyadan Azərbaycana qayıdıb

"Sabah"ın rusiyalı baş məşqçisi Rusiyadan Azərbaycana qayıdıb "Sabah" klubunun rusiyalı baş məşqçisi Murad Musayev Bakıya qayıdıb.
Futbol
4 Mart , 2022 10:38
Sabahın rusiyalı baş məşqçisi Rusiyadan Azərbaycana qayıdıb

"Sabah" klubunun rusiyalı baş məşqçisi Murad Musayev Bakıya qayıdıb.

Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 39 yaşlı mütəxəssis dünən axşam saatlarında Azərbaycana gəlib.

Musayev həftənin əvvəlində şəxsi işləri ilə əlaqədar Rusiyaya yollandığı bildirilib.

Qeyd edək ki, "Championat" nəşri Murad Musayevin "Krasnodar"da komandanı tərk edən Daniel Farkeni əvəzləyə biləcəyini yazıb. Ötən ilin oktyabrından "Sabah"a başçılıq edən baş məşqçi paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb. O, 2018 - 2021-ci illərdə "Krasnodar"ın əsas komandasına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi