"Sabah"ın futbolçusunun üz sümüyündə sınıq aşkarlanıb

"Sabah"ın futbolçusunun üz sümüyündə sınıq aşkarlanıb "Keşlə"yə qarşı Azərbaycan Premyer Liqasının XVIII tur matçında zədələnən "Sabah"ın futbolçusu Elvin Camalovun son durumu açıqlanıb.
Futbol
7 Mart , 2022 13:20
Sabahın futbolçusunun üz sümüyündə sınıq aşkarlanıb

"Keşlə"yə qarşı Azərbaycan Premyer Liqasının XVIII tur matçında zədələnən "Sabah"ın futbolçusu Elvin Camalovun son durumu açıqlanıb.

Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 27 yarımmüdafiəçinin üz sümüyündə xətti sınıq aşkarlanıb.

Camalov iki həftə sonra fərdi məşqlərə başlayacaq.

Qeyd edək ki, "Keşlə" - "Sabah" matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün 57-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Sadio Tounkaranın ayağı Camalovun sifətinə dəyib. Oyunçu ilkin tibbi yardımdan sonra həkimlərin müşayiəti altında meydanı tərk edib. Onu Kamran Quliyev əvəzləyib.

Son xəbərlər

Orphus sistemi