"Sabah"ın futbolçusu Şpiro Periçiç klubun Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında iştirak edə bilmir.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, buna 29 yaşlı xorvatiyalı müdafiəçinin ilin əvvəlində koronavirusa yoluxması səbəb olub.
Hazırda ölkəsində olan Periçiç karantin müddəti bitmədiyi üçün hazırlıq prosesinə qatılmır.
Qeyd edək ki, Murad Musayevin baş məşqçi olduğu komanda bu gün qonşu ölkədə ilk yoxlama oyununu keçirəcək. Paytaxt təmsilçisi Macarıstan "Pakş"ı ilə üz-üzə gələcək. "Sabah" yanvarın 24-də Serbiyanın “Mladost”la (Luçani) klubu ilə oynayacaq. Paytaxt təmsilçisinin hazırlıq prosesindəki sonuncu - üçüncü rəqibi hələlik dəqiqləşməyib.