“Sabah” Futbol Klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib.
Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, rusiyalı Murad Musayev əsas komandanın baş məşqçisi təyin edilib.
37 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, komandada işinə gələn həftə başlayacaq.
Qeyd edək ki, Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb. Komanda 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb. Krasnodar təmsilçisi növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Avropa Liqasında 1/8 finaladək irəliləyib. 38 yaşlı mütəxəssis aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.