“Sabah” futbol klubu baş məşqçisi Ramin Quliyevlə yeni müqavilə bağlayıb.
"Report"un paytaxt təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, sözləşmənin müddəti 2 ildir.
Quliyev komandada 2019-cu ildən çalışır. O, daha öncə klubda idman direktoru və əsas komandada köməkçi-məşqçi vəzifələrində işləyib. Gənc mütəxəssis bu ilin martından əsas komandada baş məşqçi səlahiyyətlərini yerinə yetirir.