“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub İldar Ələkbərovla anlaşıb.
20 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb.
“Zenit” Futbol Akademiyasının yetirməsi olan Ələkbərov karyerası ərzində Rusiyanın “Stroqino” (Moskva) və “Nefteximik” (Nijnekamsk) komandalarında çıxış edib.