“Sabah” klubu futbolçusu Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb.
Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq sözləşmə müddəti artırılıb.
Yeni anlaşmanın müddəti 1+1 illikdir.
Coy-Lens Mikels 2021-ci ilin iyulundan “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Oyunçu “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.