"Sabah" klubu baş məşqçi ilə bağlı qərar verdi

"Sabah" klubu baş məşqçi ilə bağlı qərar verdi Paytaxt təmsilçisi hələ ki, Quliyevə etimad göstərmək niyyətindədir
Futbol
17 Mart , 2021 11:47
Sabah klubu baş məşqçi ilə bağlı qərar verdi
Ramin Quliyev

"Sabah" klubu müvəqqəti baş məşqçi təyin edilən Ramin Quliyevlə bağlı qərar verib.

"Report"un məlumatına görə, 40 yaşlı mütəxəssis ən azı mövsümün sonuna kimi postunda qalacaq.

Martın 11-də ispaniyalı mütəxəssis Visente Qomeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasındakı qalan 8 turda da Quliyevə etimad göstərmək niyyətindədir.

Qeyd edək ki, "Sabah" hazırda Azərbaycan Premyer Liqasında 16 xalla 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi