"Sabah" futbolçusu Ozan Can Kökcü ilə yeni müqavilə bağlayıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən türkiyəli yarımmüdafiəçi 2023-cü ilə kimi Masazır təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olan Kökçü 2019-cu ilin yayından "Sabah"da çıxış edir.