"Sabah" Ukrayna millisinin sabiq müdafiəçisini transfer etdi

"Sabah" Ukrayna millisinin sabiq müdafiəçisini transfer etdi Yeni transfer “Sabah”da 3 nömrəli formada çıxış edəcək
Futbol
18 Fevral , 2021 16:28
Sabah Ukrayna millisinin sabiq müdafiəçisini transfer etdi
Zurab Oçiqava

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Masazır təmsilçisi ukraynalı müdafiəçi Zurab Oçiqavanı transfer edib.

25 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Oçiqava peşəkar karyerası ərzində ölkəsinin “İlyiçevets” (2014 - 2015), “Dinamo-2” (Kiyev, 2015 - 2016), “Dinamo” (Kiyev, 2016 - 2017), “Olimpik” (Donetsk, 2017 - 2018), “Dnepr-1” (2018 - 2019), “Vorskla” (2019-20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. O, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olub.

Yeni transfer “Sabah”da 3 nömrəli formada çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi