Sabiq futbolçusu "Neftçi" ilə matçda "Qarabağ"a dəstək oldu

Sabiq futbolçusu "Neftçi" ilə matçda "Qarabağ"a dəstək oldu "Dalğa Arena"da keçiriləcək oyun saat 20:30-da başlayacaq
Futbol
19 May , 2021 12:55
Sabiq futbolçusu Neftçi ilə matçda Qarabağa dəstək oldu
Yakub Jezniçak

Sabiq futbolçususu Yakub Jezniçak "Qarabağ"ın bu gün "Neftçi"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXVIII tur matçından əvvəl paylaşım edib.

"Report"un məlumatına görə, hazırda Polşanın "Visla" (Plotsk) komandasında çıxış edən müdafiəçi "köhlən atlar"a uğurlar arzulayıb.

Jezniçak komandanın yumruq kimi birlik nümayiş etdirərək "Neftçi" üzərində qələbə qazanmasını istədiyini yazıb.

Qeyd edək ki, Yakub Jezniçak 2017 - 2019-cu illərdə Ağdam klubunun formasını geyinib. "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi