Şahruddin Məhəmmədəliyev ilk turdan sonra ən çox qurtarış edən qapıçıdır

Şahruddin Məhəmmədəliyev ilk turdan sonra ən çox qurtarış edən qapıçıdır Qolkiper Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları matçda 14 "seyv" edib
Futbol
26 Mart , 2021 09:43
Şahruddin Məhəmmədəliyev ilk turdan sonra ən çox qurtarış edən qapıçıdır

UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin I turundan sonra statistik göstəriciləri açıqlayıb.

"Report" xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ilk oyunlardan sonra ən çox qurtarış edən qapıçı olub.

27 yaşlı qolkiper Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları matçda 14 "seyv"lə yadda qalıb. Cəbəllütariqin çərçivə qoruyucusu Deyl Kilinq 11 qurtarışla ikinci, San Marinodan Elia Benedettini isə 10 "seyv"lə üçüncüdür.

İlk turdan sonra bombardirlik yarışına Türkiyə yığmasından Burak Yılmaz və Çexiya seçməsindən Tomaş Souçek başçılıq edir. Hər iki oyunçu 3 qol vurub. Serbiya yığmasından Duşan Tadiç 3 məhsuldar ötürmə ilə bu göstəricidə liderdir. Almaniya millisindən Coşua Kimmix isə ilk turda 148 dəqiq ötürmə ilə yadda qalıb.

Çexiya yığması (6 qol) birinci turda ən çox fərqlənən komanda olub. İngiltərə isə 31 dəfə qol epizodu yarada bilib.

Son xəbərlər

Orphus sistemi