Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin sabiq klubu "Adana Dəmirspor"un yeni baş məşqçisi müəyyənləşib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə təmsilçisi avstraliyalı Maykl Valkanislə anlaşıb.
49 yaşlı çalışdırıcı ilə "1+1" illik sözləşmə imzalanıb.
Qeyd edək ki, "Adana Dəmirspor"u son olaraq Hikmət Karaman çalışdırıb.