"Şalke" ona heç bir qələbə gətirməyən baş məşqçini 3 ay sonra istefaya göndərdi

"Şalke" ona heç bir qələbə gətirməyən baş məşqçini 3 ay sonra istefaya göndərdi "Şalke" baş məşqçisi Manuel Baumun istefaya göndərildiyini elan edib.
Futbol
19 Dekabr , 2020 08:25
Şalke ona heç bir qələbə gətirməyən baş məşqçini 3 ay sonra istefaya göndərdi
Manuel Baum

"Şalke" baş məşqçisi Manuel Baumun istefaya göndərildiyini elan edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilir.

"Baş məşqçi Manuel Baum dərhal öz vəzifəsindən azad edilib. "Arminiya" ilə Bundesliqada ilin son oyununda klubun müvəqqəti baş məşqçisi vəzifələrini Xub Stivens üzərinə götürəcək. Mayk Byuskens məşqçinin köməkçisi təyin edilib", - saytdakı rəsmi xəbərdə deyilir.

Baum "Şalke"yə 2020-ci ilin sentyabrında başçılıq etməyə başlamışdı. Onun klubla müqaviləsi 2022-ci ilə qədər qüvvədə idi.

Məşqçi əvvəllər Almaniyanın U-18 yığmasına başçılıq edirdi.

"Şalke" Baumun rəhbərliyi altında Almaniya çempionatında heç bir qələbə qazanmayıb. Komanda keçirdiyi 12 matçda 8 məğlubiyyətlə qarşılaşıb, 4 dəfə heç-heçə oynayıb. "Şalke" Bundesliqanın yarış cədvəlində sonuncu yeri tutur.

Son xəbərlər

Orphus sistemi