Samir Abasov: Biz qalan 30 faiz şansımızdan yapışacağıq

Samir Abasov: Biz qalan 30 faiz şansımızdan yapışacağıq Biz qalan 30 faiz şansımızdan yapışacağıq.
Futbol
25 İyul , 2024 22:34
Samir Abasov: Biz qalan 30 faiz şansımızdan yapışacağıq

Biz qalan 30 faiz şansımızdan yapışacağıq.

"Report" xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində doğma meydanda Macarıstan klubu "Fehervar"la qarşılaşan "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

Mütəxəssis mətbuat konfransında fikirlərini bildirib:

"Qırmızı vərəqə olmasaydı, fərqli nəticə görə bilərdik. Oyunçuları inandırmalıyıq ki, səfərdə qələbə qazana bilərsiniz. Stopper mövqeyində oynayan futbolçularımız azdır. Çətin olacaq. Cavab matçında rəqibin 70 faiz üstünlüyü olacaq. Biz qalan 30 faiz şansımızdan yapışacağıq".

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi