Samuel Slovak: "Azərbaycan millisinə qalib gəlmək istəyirik"

Samuel Slovak: "Azərbaycan millisinə qalib gəlmək istəyirik" "Rəqibə hörmətlə yanaşırıq. Amma biz sabahkı matçda daha çox özümüz barədə düşünməliyik və qələbə qazanmaq istəyirik".
Futbol
9 İyun , 2022 18:28
Samuel Slovak: Azərbaycan millisinə qalib gəlmək istəyirik

"Rəqibə hörmətlə yanaşırıq. Amma biz sabahkı matçda daha çox özümüz barədə düşünməliyik və qələbə qazanmaq istəyirik".

"Report" xəbər verir ki, bunu Slovakiya millisində baş məşqçi səlahiyyətlərini icra idən Samuel Slovak Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycan seçməsi yaxşı müdafiə olunan və topla rəftar etməyi bacaran komandadır: "Onlar texniki cəhətdən də yaxşıdırlar. Bizdə isə baş məşqçi istifası olub. Bu, asan vəziyyət deyil. Amma peşəkarıq, mövcud durumu idarə etməliyik. Sabahkı oyuna köklənməli, özümüzə inanmalı və qarşımıza qoyulan məqsədə doğru irəliləməliyik".

Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi