Qazaxıstanın "Şaxtyor" (Karaqanda) klubu maliyyə problemi ilə üzləşib.
"Report" "Meta-ratings" nəşrinə istinadən xəbər verir ki, Karaqanda təmsilçisi iki aydır ki, futbolçuların maaşını ödəyə bilmir.
Əvvəlki illərin borcları səbəbindən klubun hesablarının dondurulduğu da ehtimal edilir.
Qeyd edək ki, "Şaxtyor" mövsümü 32 xalla 4-cü pillədə bitirib və UEFA Konfrans Liqasında iştirak hüququ əldə edib.