Macarıstan "Ferentsvaroş"unun və Ukrayna yığmasının futbolçusu Aleksandr Zubkov Donetsk "Şaxtyor"una keçib.
"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. Tərəflər arasında transfer şərtləri açıqlanmayıb.
Zubkovun Budapeşt klubu ilə sözləşməsi 2024-cü ilədək idi. Lakin komandanın rusiyalı baş məşqçisi Stanislav Çerçesov onu Çempionlar Liqasının oyunlarına sifariş etmirdi.
Qeyd edək ki, "Ferentvaroş" III təsnifat mərhələsində "Qarabağ"a rəqib olub. İki komanda arasında Bakıda keçirilmiş ilk matç heç-heçə ilə yekunlaşıb - 1:1. Cavab görüşü avqustun 9-da Macarıstan paytaxtındakı "Groupama Arena"da keçiriləcək.