“Səbail” klubu futbolçusu Bəxtiyar Rəhmani ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, 29 yaşlı iranlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Futbolçu azad agent statusu alıb.
Qeyd edək ki, Bəxtiyar Rəhmani 2020-ci ilin noyabrında "Səbail"ə keçib. O, Premyer Liqa təmsilçisində 3 oyunda meydana çıxıb. Klub daha əvvəl Arsen Ağcabəyov, Orxan Qurbanlı, Murad Qayalı və Əli Sadıxovla vidalaşıb.