Qvatemalalı qapıçısı Nikolas Hagen mövsümün sonunda "Səbail"dən ayrıla bilər.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı oyunçu ilə Kosta Rikanın "Alahuelense" və "Deportivo Saprissa" klubları maraqlanır.
Başqa bir iddiaya görə, Azərbaycan təmsilçisi Qvatemalanın "Minisipal" klubundan Kenderson Navarronı heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Nikolas Hagen 2020-ci ilin sentyabrdan "Səbail"də çıxış edir. Onun klubla müqaviləsi yayda başa çatacaq.