"Qarabağ"ın sabiq qapıçısı Gəncədə törədilən terror aktına reaksiya verdi

"Qarabağ"ın sabiq qapıçısı Gəncədə törədilən terror aktına reaksiya verdi Hazırda Türkiyənin "Konyaspor" komandasında çıxış edən bosniya və herseqovinalı qapıçı bununla bağlı özünün "Facebook" səhifəsində paylaşım edib.
Futbol
12 Oktyabr , 2020 10:05
Qarabağın sabiq qapıçısı Gəncədə törədilən terror aktına reaksiya verdi
İbrahim Şehiç

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə "Qarabağ"ın sabiq oyunçusu İbrahim Şehiç də biganə qalmayıb.

"Report"un məlumatına görə, hazırda Türkiyənin "Konyaspor" komandasında çıxış edən bosniya və herseqovinalı qapıçı bununla bağlı özünün "Facebook" səhifəsində paylaşım edib.

32 yaxşı qolkiper üzərində "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb.

"Qarabağ"ın digər sabiq futbolçuları Azərbaycan millisinin üzvü Riçard Almeyda və Polşada Plotsk "Visla"sında çıxış edən Yakub Jezniçak da eyni paylaşımı edib. 

Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"ın formasını 2015 - 2018-ci illərdə geyinib.

Son xəbərlər

Orphus sistemi