Səmədağa Şıxlarov dəfn olunub

Səmədağa Şıxlarov dəfn olunub Ötən gün dünyasını dəyişmiş "Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dəfn edilib
Futbol
2 İyun , 2021 10:39
Səmədağa Şıxlarov dəfn olunub
Səmədağa Şıxlarov

Ötən gün avtomobilin vuraraq öldürdüyü "Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dəfn edilib.

"Report"un məlumatına görə, mərhum Şirvan şəhərində valideynlərinin yanında torpaşa tapşırılıb.

Qeyd edək ki, Səmədağa Şıxlarov 1955-ci ildə Salyan rayonunun Xıllı kəndində anadan olub. O, karyerası ərzində "Neftçi" "Xəzər Sumqayıt", "Avtomobilçi", "MOİK Kiyev", "Kəpəz" və "Çıraqqala Siyəzən" komandasında çıxış edib. Keçmiş forvard 1982-ci ildə iki dəfə SSRİ-nin U-21 yığmasının formasını geyinib.

S.Şıxlarov 2004-cü ildə "Neftçi-2"nin, bir il sonra isə "Şirvan"ın baş məşqçisi olub. Mütəxəssis 2006 - 2008-ci illərdə "Olimpik"də, 2008-ci ildə "Neftçi" və AZAL-da köməkçi məşqçi funksiyasını yerinə yetirib.

Veteran futbolçu son illər Azərbaycan Həndbol Federasiyasında çalışıb.

İyunun 1-də Bakının Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində S.Şıxlarovu avtomobil vurub. O, hadisə yerində dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi