Serbiyalı baş məşqçi: "Azərbaycan millisini ciddiyə almamaq olmaz"

Serbiyalı baş məşqçi: "Azərbaycan millisini ciddiyə almamaq olmaz" "Asan olmayacaq. Gəlin özümüzü aldatmayaq. Baş məşqçi Draqan Stoykoviçin nə edəcəyini indidən deyə bilmərəm"
Futbol
9 Mart , 2021 11:05
Serbiyalı baş məşqçi: Azərbaycan millisini ciddiyə almamaq olmaz
Mladen Krstaiç

"Asan olmayacaq. Gəlin, özümüzü aldatmayaq. Baş məşqçi Draqan Stoykoviçin nə edəcəyini indidən deyə bilmərəm".

"Report" xəbər verir ki, bu fikirləri "Telegraf" nəşrinə açıqlamasında "Baçka Topola" komandasının baş məşqçisi Mladen Krstaiç Serbiya yığmasının dünya çempionatının seçmə mərhələsindəki oyunları barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis DÇ-2022-yə vəsiqə qazanmaq üçün hər kəsin əlindən gələni etməli olduğunu bildirib: "Mundiala vəsiqə qazanmaq üçün keyfiyyətimizin olub-olmadığını zaman göstərəcək. Asan qrup deyil. Portuqaliya və İrlandiya var. Azərbaycanı isə ciddiyə almamaq olmaz. Çətin qrupdur, amma növbəti mərhələyə yüksəlməsək belə, gələcəyimiz üçün zəmin yaratmalıyıq. Realist olmalısan, bütün komandalara ciddi yanaşılmalıdır".

Qeyd edək ki, Mladen Krstaiç 2017 - 2019-cu illərdə Serbiya yığmasına rəhbərlik edib. Azərbaycan millisi Serbiya ilə A qrupundakı ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.

Son xəbərlər

Orphus sistemi