Serbiyalı futbolçu: "Azərbaycan millisini məğlub etmək çox vacibdir"

Serbiyalı futbolçu: "Azərbaycan millisini məğlub etmək çox vacibdir" "Komandamız əla formadadır. Bu səbəbdən Lüksemburq və Azərbaycanla oyunlarda büdrəyəcəyimizi düşünmürəm".
Futbol
6 Oktyabr , 2021 14:48
Serbiyalı futbolçu: Azərbaycan millisini məğlub etmək çox vacibdir

"Komandamız əla formadadır. Bu səbəbdən Lüksemburq və Azərbaycanla oyunlarda büdrəyəcəyimizi düşünmürəm".

"Report"un məlumatına görə, bu fikirləri Serbiya millisinin sabiq futboçusu Antonio Rukavina 2022-ci il dünya çempionatının seçmə mərhələsində Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri oyunlar barədə "Zurnal" nəşrinə müsahibəsində deyib.

Hazırda Qazaxıstanın "Astana" klubunda çıxış edən 37 yaşlı müdafiəçi İrlandiya ilə 1:1 hesablı heç-heçə etdiklərini matçı xatırladıb: "Bu, sürpriz nəticə idi. Daha güclü olduğumuz rəqiblərə qalib gəlməli, önəmli görüşlərdə isə uduzmamalıyıq. Lüksemburq və Azərbaycanı məğlub etmək sonuncu turda Portuqaliya ilə qarşılaşmaya yaxşı əhval-ruhiyyədə yollanmaq üçün çox vacibdir”.

Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycanı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi