"Biz Azərbaycanın Portuqaliyaya qarşı oyununu izləmişik. Planlı komandadır. Baş məşqçinizi də tanıyırıq. Bizi aqressiv oyun gözləyir".
"Report"un məlumatına görə, bu fikirləri Serbiya yığmasının futbolçusu Filip Curiçiç DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycan millisinin baş məşqçisi bütün zonaları bloklamağı xoşlayır: "Canni De Byazinin Albaniyada işlədiyini bilirik. Amma öz oyunumuza köklənmişik. Sabah uğur qazanacağımıza inanırıq".
Curiçiçin sözlərinə görə, futbolçular arasında əminlik var. "Meydanda əlimizdən gələni etmək yox, birbaşa qələbə üçün oynayacağıq. Portuqaliya ilə matçdan sonra özgüvən daha da artıb"
Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da start götürəcək.