Serbiyalı futbolçu qadağaya rəğmən, Azərbaycana qarşı oynamaq istəyir

Serbiyalı futbolçu qadağaya rəğmən, Azərbaycana qarşı oynamaq istəyir "Milli komandanın toplanışına qatılmalıyam"
Futbol
19 Mart , 2021 11:27
Serbiyalı futbolçu qadağaya rəğmən, Azərbaycana qarşı oynamaq istəyir
Stefan Mitroviç

"Nə olacağını gözləyirik. Bu dəqiqə hər şey oyunçuların ixtiyarındadır. Klublarda qadağamız var, amma onun həlli ilə məşğuluq. Ümid edirəm ki, problem həll olunacaq".

"Report"un məlumatına görə, bu fikirləri Serbiya yığmasının futbolçusu Stefan Mitroviç 2022-ci il dünya çempionatının seçmə oyunlarını buraxma təhlükəsi ilə bağlı "24sedam" nəşrinə açıqlamasında deyib.

31 yaşlı müdafiəçi qarşılaşmalarda mütləq iştirak etmək istədiyini bildirib: "Milli komandanın toplanışına qatılmalıyam. Mən üçün yığmada və Serbiyada oynamaq ən vacib hadisədir. Serbiya Futbol İttifaqı problemi həll etmək üçün əlindən gələni edir. Hər kəs üçün yaxşı həll tapılacağına inanıram. Digər oyunçularla mütəmadi danışıram, hamımız bu məsələ ilə bağlı müsbət nəticə gözləyirik".

Mitroviçlə yanaşı, Fransa çempionatında "Renn"də çıxış edən qapıçı Predraq Raykoviç və "Monpelye"nin yarımmüdafiəçisi Mixaylo Ristiçin qarşıdakı görüşlərdə oynamama təhlükəsi var. Səbəb Fransa hökumətinin pandemiya ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərdir. Avropa Birliyinə daxil olmayan ölkələrdən Fransaya səfər edildikdə məcburi 10 günlük karantin tətbiq edilir. Bu isə o deməkdir ki, hər üç futbolçu Bakıdakı görüşdən sonra klublarına qayıdarkən karantinə alınacaq. Belə olacağı təqdirdə, futbolçular ən azı iki oyunu buraxacaqlar.

Qeyd edək ki, Serbiya millisi martın 24-də İrlandiyanı, 3 gün sonra isə Portuqaliyanı qəbul edəcək. Komanda martın 30-da Azərbaycan yığmasının qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi