Moldovanın "Şerif" klubunun avqustda vurduğu ən yaxşı qol müəyyənləşib.
"Report"un məlumatına görə, sorğu Tiraspol təmsilçisinin sosial şəbəkə hesablarında azarkeşlər tərəfindən aparılıb.
Komandanın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la görüşdəki qolu səsvermədə birinci olub. 78-ci dəqiqədə endirilmiş dəqiq zərbənin müəllifi Frank Kastanyeda olub.
Qeyd edək ki, "Qarabağ" "Şerif"i 2:1 hesabı ilə məğlub edərək III təsnifat mərhələsinə yüksəlib. Ağdam təmsilçisi bu gün Norveç "Molde"si ilə üz-üzə gələcək. "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.