Şevçenko İtaliyadakı ukraynalı qaçqın uşaqlara yardım proqramı təşkil edib

Şevçenko İtaliyadakı ukraynalı qaçqın uşaqlara yardım proqramı təşkil edib "Milan" klubunun sabiq futbolçusu Andrey Şevçenko İtaliyadakı ukraynalı qaçqın uşaqlara yardım proqramı təşkil edib.
Futbol
5 Aprel , 2022 13:42
Şevçenko İtaliyadakı ukraynalı qaçqın uşaqlara yardım proqramı təşkil edib
Andrey Şevçenko

"Milan" klubunun sabiq futbolçusu Andrey Şevçenko İtaliyadakı ukraynalı qaçqın uşaqlara yardım proqramı təşkil edib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 46 yaşlı keçmiş hücumçu bu təşəbbüsdə ona Milan meri Cuzeppe Salanın kömək etdiyini bildirib.

Şevçenko "Atalanta"da çıxış edən Ruslan Malinovskinin də həyat yoldaşı ilə birlikdə qaçqınlara çox yardımçı olduğunu söyləyib: "Biz hazırda Milan meri ilə birlikdə bu şəhərdə uşaqların qəbulu və onların yerləşdirilməsi üçün proqram hazırlayırıq. Bu, bütün kateqoriyalara - valideynləri olan, olmayan və bir valideyni olan uşaqlara şamil ediləcək".

Ukrayna millisinin sabiq üzvü daim səfir və konsulla əlaqə saxladığını da sözlərinə əlavə edib: "Bu təşəbbüs Roma, Verona və Berqamoda da edilir. Bu gün bütün dünya bu problem ətrafında birləşib. Hamı çalışır və yardımçı olmaq üçün hər şeyi edir".

Son xəbərlər

Orphus sistemi