İspaniyanın “Sevilya” futbol klubu tarixinin rekordunu təkrarlayıb.
“Report”un məlumatına görə, Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda, futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün final görüşündə İtaliyanın “İnter” klubu İspaniyanın “Sevilya” komandası ilə qarşılaşıb.
Görüş “Sevilya” komandasının 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb. Bununla da, klub məğlubiyyətsiz oyunlar seriyasını 21-ə çatdırıb.
Bundan başqa, “Sevilya” tarixində 6-ci dəfə UEFA Avropa Liqasının qalibi adı qazanıb. Komanda bu günə kimi beş dəfə finala çıxıb və hamısında qalib gəlib.