Futbol üzrə Şimali Makedoniya və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun dəqiq vaxtı bəlli olub.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda Moldova ilə yoldaşlıq matçı keçirəcək.