"Sivasspor"un baş məşqçisi: "Ölkəmiz üçün mübarizə aparacağıq"

"Sivasspor"un baş məşqçisi: "Ölkəmiz üçün mübarizə aparacağıq" "Digərlərinə baxanda bizim qrupumuzun yaxşıdır. İnanıram ki, bu qrupdan çıxacağıq. Amma asan deyil".
Futbol
2 Oktyabr , 2020 16:17
Sivassporun baş məşqçisi: Ölkəmiz üçün mübarizə aparacağıq
Rıza Çalımbay

"Digərlərinə baxanda bizim qrupumuz yaxşıdır. İnanıram ki, bu qrupdan çıxacağıq. Amma asan deyil". 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"la birlikdə I qrupda mübarizə aparacaq "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay püşk barədə danışarkən deyib. 

57 yaşlı mütəxəsis hədəflərinin Avropa Liqasında uğur qazanmaq olduğunu bildirib: "Ölkə reytinqi üçün xallara ehtiyac var, bu da bizi daha çox iddialı edir. Ölkəmiz üçün mübarizə aparacağıq, Hədəflərimdən biri avrokuboklarda uğur qazanmaqdır".

Qeyd edək ki, "Qarabağ" "Sivaspor"la yanaşı, İsrailin "Makkabi" və İspaniyanın "Vilyarreal" klubları ilə mübarizə aparacaq.  

Son xəbərlər

Orphus sistemi