"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən Türkiyənin "Sivasspor" komandasında 4 nəfər koronavirusa yoluxub.
"Report" klubun rəsmi tvitter hesabına istinadən xəbər verir ki, onlardan ikisi futbolçu, ikisi isə texniki heyətin üzvləridir.
Testləri müsbət çıxan şəxslər dərhal karantinə alınıb. Daha əvvəl bölgə təmsilçisində bir neçə oyunçunun testi müsbət olub.
Qeyd edək ki. "Sivasspor" V turda evdə İspaniya "Vilyarreal"ını qəbul edəcək. Qarşılaşma dekabrın 3-də Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. "Qarabağ" III və IV turda "Sivasspor"a müvafiq olaraq 0:2 və 2:3 hesabları ilə uduzub.