"Çətin oyun olcağını bilirik. Son matçda qələbə qazandıq. Həmin görüş də asan keçməmişdi".
"Report"un məlumatına görə, bu fikirləri "Sivasspor"un futbolçusu Aruna Kone Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.
Kotdivuarlı hücumçu bildirib ki, qrupdan çıxmaq üçün qarşıdakı 2 oyunu udmaq lazımdır: "Bu gün "Vilyarreal"ın da qələbəsini gözləyəcəyik. Çətin günlərdən keçirik. Komandada bəzi problemlər var. Amma buna baxmayaraq, güclü kollektivimiz var. Meydanda hər şeyi edə bilərik. Yolumuza davam edə biləcək gücdəyik".
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.