"Sivasspor"un prezidenti: "Qarabağ"la növbəti matçda da qələbə istəyirik"

"Sivasspor"un prezidenti: "Qarabağ"la növbəti matçda da qələbə istəyirik" “Əvvəlki matçlarda daha yaxşı oynamışdıq. Qələbə qazana bilməmişdik. Bu gün istədiyimiz nəticəni qazandıq”.
Futbol
6 Noyabr , 2020 00:41
Sivassporun prezidenti: Qarabağla növbəti matçda da qələbə istəyirik
Mecnun Otyakmaz

“Əvvəlki matçlarda daha yaxşı oynasaq da, qələbə qazana bilməmişdik. Bu gün istədiyimiz nəticəni əldə etdik”.

“Report”un məlumatına görə, bu fikirləri Türkiyənin “Sivasspor” klubunun prezidenti Mecnun Otyakmaz UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda evdə “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

55 yaşlı funksioner Çempionlar Liqasının III turunda İngiltərə “Mançester Yunayted”ini 2:1 hesabı ilə məğlub edən “Başakşehir” klubunu təbrik edib: “Onların qələbəsi bizə motivasiya verdi. “Qarabağ”a qarşı növbəti matçda da qalib gəldikdən sonra İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi” komandasını üstələyib qrupdan çıxmaq istəyirik”.

Qeyd edək ki, qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da olacaq. Ağdam klubu ölkədəki hərbi vəziyyətə görə ev oyunlarını neytral meydanda keçirir.

Son xəbərlər

Orphus sistemi