Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz Azərbaycana dəstək olub.
"Report" xəbər verir ki, 55 yaşlı funksioner bu barədə UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bildirib.
Otyakmaz Azərbaycanın Türkiyə ilə dost və qardaş ölkə olduğunu söyləyib: "Azərbaycanın mübarizəsində daim onlarla birlikdəyik. Allah ədalətli olanın və haqlının yanındadır. "Qarabağ" klubuna da uğurlar arzulayıram".
Qeyd edək ki, qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da olacaq. Ağdam klubu ölkədəki hərbi vəziyyətə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.