Skolari sabiq komandasına qayıtdı

Skolari sabiq komandasına qayıtdı Braziliya milli komandasının sabiq baş məşqçisi Luis Felipe Skolari "Kruzeyro"nun sükanı arxasına keçib.
Futbol
16 Oktyabr , 2020 10:08
Skolari sabiq komandasına qayıtdı
Luis Felipe Skolari

Braziliya milli komandasının sabiq baş məşqçisi Luis Felipe Skolari "Kruzeyro"nun sükanı arxasına keçib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 72 yaşlı braziliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, "Kruzeyro"ya əvvəllər də rəhbərlik edib.

Qeyd edək ki, Skolari Braziliya ilə yanaşı, Portuqaliya yığmasındakı işi ilə tanınır. O, həmçinin İngiltərədə "Çelsi", ölkəsində "Qremio", Çində "Quançjou Everqrand" klublarında çalışıb. Təcrübəli baş məşqçinin son iş yeri 2019-cu ilin sentyabrında vidalaşdığı "Palmeyras" olub.

B Seriyasında çıxış edən "Kruzeyro" 15 turdan sonra 12 xalla autsayderlər qrupunda qərarlaşıb. Skolari Braziliya yığmasında ikən 2002-ci ildə son dünya çempionluğunu əldə edib.

Son xəbərlər

Orphus sistemi