Slovakiya millisi Azərbaycana qarşı müdafiədən oynayacaq

Slovakiya millisi Azərbaycana qarşı müdafiədən oynayacaq "Hər şey öz əlimizdədir"
Futbol
5 Aprel , 2021 17:47
Slovakiya millisi Azərbaycana qarşı müdafiədən oynayacaq

"Hər şey öz əlimizdədir. Bunu sübut edə bilərik. Komanda tamamilə qarşıdakı oyunlara köklənib".

"Report"un məlumatına görə, bu fikirləri futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Marian Berki Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi federasiyanın rəsmi saytına müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, hazırda onu daha çox öz komandasının oyunu maraqlandırır: "Görək, rəqib meydana hansı heyətlə çıxacaq. Amma biz öz oyunumuzu sərgiləmək istəyirik. Bunu edə bilsək, qalib gələrik. Azərbaycan millisinə qarşı müdafiədən oynayacağıq. Çünki, ilk növbədə, qapımızı qorumalıyıq".

Berkinin sözlərinə görə, Azərbaycan və Moldova ilə görüşlərin xaritəsi artıq tərtib olunub: "Əvvəlki oyunlarımızda etdiyimiz səhvləri düzəltməliyik. Oyunçular müdafiədə yaxşı çıxış etdiyimizi bilirlər. Bu halda hücumda effektivliyi artırmaq lazımdır. Çünki kifayət qədər qol şansımız olur, sadəcə yararlana bilmirik".

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə aprelin 8-də səfərdə qarşılaşacaq. Qrupda son oyun isə aprelin 14-də Bakıda Yunanıstana qarşı olacaq. Yığma artıq qrup liderliyini təmin edərək, tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Slovakiya seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi