UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Slovakiya yığmasının baş məşqçisi dəyişə bilər.
"Report" "Refresher" nəşrinə istinadən xəbər verir ki, hazırda komandanın sükanı arxasında olan Ştefan Tarkoviçin müqaviləsi dekabrın 31-dək nəzərdə tutulub.
Slovakiya Futbol Assosiasiyası Tarkoviçlə yanaşı, hazırda "Slovan" (Bratislava) klubunda işləyən Vladimir Vayssın da namizədliyini nəzərdən keçirir.
Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə ilk oyununu iyunun 10-da evdə, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.