"Spartak" (Trnava) və "Slovan" (Bratislava) komandaları arasında Slovakiya çempionatının XI tur oyunu ilk 15 dəqiqədən sonra yarımçıq dayandırılıb.
"Report"un məlumatına görə, buna azarkeşlərin iğtişaşlar törətməsi səbəb olub.
Fanatlar arasındakı qarşıdurma tribunlarda başlayıb və daha sonra meydanda davam edib. Polis əməkdaşları məsələyə müdaxilə etmək məcburiyyətində qalıb. Azarkeşlərdən biri hadisədən sonra meydanı xərəkdə tərk edib.
Slovakiya Futbol Liqasının Rəyasət Heyəti yaxın günlərdə növbədənkənar iclas keçirəcək və bu görüşün taleyinə qərar verəcək.