"Dünənki qələbəyə görə çox xoşbəxtəm. Bütün azarkeşlərimizi təbrik edirəm".
"Report"un məlumatına görə, bu fikiləri Rusiyanın "Soçi" klubunun prezidenti Boris Rotenberq "Matç TV"yə açıqlamasında "Keşlə"yə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
64 yaşlı funksioner bildirib ki, komandası düzgün yoldadır: "Hər şey irəlidədir. Qarşıda bizi daha çox görüş gözləyir".
Qeyd edək ki, "Keşlə" ilə ev oyunu "Soçi"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı iyulun 29-da Bakıda olacaq.