UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda "Qarabağ"ın qonağı olacaq Şotlandiyanın "Aberdin" klubunun ölkə çempionatında "Harts"a qarşı matçının vaxtı dəyişdirilib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi avqustun 21-də deyil, bir gün sonra keçiriləcək.
İki ölkə arasındakı məsafənin 4 000 kilometrdən çox olduğunu və futbolçuların Bakı səfərindən yorğun qayıdacağını nəzərə alan Aberdin təmsilçisinin rəhbərliyi matçın təxirə salınması ilə bağlı qarşı tərəfə müraciət edib və müsbət cavab alıb.
Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Resublika stadionunda oynanılacaq "Qarabağ" - "Aberdin" görüşü saat 21:00-da başlayacaq.