"Spartak" azərbaycanlı futbolçu ilə yollarını ayırdı

"Spartak" azərbaycanlı futbolçu ilə yollarını ayırdı Rusiyanın "Spartak" klubu futbolçu Ayaz Quliyevlə yollarını ayırıb
Futbol
11 May , 2021 15:19
Spartak azərbaycanlı futbolçu ilə yollarını ayırdı
Ayaz Quliyev

Rusiyanın "Spartak" klubu futbolçu Ayaz Quliyevlə yollarını ayırıb.

"Report"un "Çempionat" nəşrinə istinadən məlumatına görə, əslən azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Quliyev "Spartak"ın yetirməsi sayılır. O, 2018-ci ilin yayında 500 000 avro qarşılığında "Rostov"a keçib. Yarım ildən sonra isə Moskva klubu oyunçunu 1 milyon avroya geri qaytarıb.

25 yaşlı futbolçu ötən mövsüm Rusiya Premyer Liqasında 11 oyuna (8-i əsas heyətdə) çıxıb və 5 sarı vərəqə alıb. Bu mövsüm isə Quliyev heç bir rəsmi matçda iştirak etməyib. Onun müqaviləsi 2023-cü ilin yayınadək idi.

Son xəbərlər

Orphus sistemi