1966-ci il SSRİ çempionatında "Neftçi"nin heyətində bürünc medal qazanmış Yaşar Babayev yubileyini qeyd edir.
"Report"un məlumatına görə, bu gün keçmiş müdafiəçinin 80 yaşı tamam olur.
"Neftçi" klubu bu münasibətlə 1963-1971-ci illərdə "ağ-qaralar"ın formasını geyinmiş sabiq oyunçunu təbrik edib və 1966-cı ilin bürünc mükafatçısına həsr olunan “Neftçi”nin tarixi” verilişini təqdim edib.
Qeyd edək ki, Yaşar Babayev SSRİ çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb. O, "Bürünc "Neftçi"nin hazırda həyatda olan 4 üzvündən biridir.