"Qarabağ"ın oynayacağı stadionda problem aradan qalxmayıb

"Qarabağ"ın oynayacağı stadionda problem aradan qalxmayıb "Stadion prinsip ehtimalı ilə sabahkı matça tam hazırdır. Ot örtüyünün vəziyyəti bəllidir, az da olsa, bəzi yerlərdəsaralmalar var. Bunu tam aradan qaldırmaq hələ də mümkün olmayıb. Bu istiqamətdə işlər gedir".
Futbol
25 Avqust , 2020 11:29
Qarabağın oynayacağı stadionda problem aradan qalxmayıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova "Şerif"i ilə qarşılaşacağı Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündəki problemi tam aradan qaldırmaq mümkün olmayıb. 

Bu barədə "Report"a mərkəzi arenanın direktoru Şamil Quliyev məlumat verib. O bildirib ki, hazırda bu yöndə işlər davam etdirilir.

Quliyevin sözlərinə görə, arena prinsip etibarilə sabahkı matça tam hazırdır: "Ot örtüyünün vəziyyəti bəllidir, az da olsa, bəzi yerlərdə saralmalar var. Təxminən 10-15 gündən sonra normal vəziyyətinə dönəcək və saralmalar aradan qaldırılacaq".

Direktor deyib ki, III təsnifat mərhələsinin matçına kimi problemi tam aradan qaldırmaq mümkündür: "Qazon yavaş-yavaş özünə gəlməyə başlayır. 5-6 sentyabrda demək olar ki, bərpa olunacaq və saralmalar aradan qaldırılacaq. Əslində ot örtüyünün vəziyyəti normaldır, Makedoniya "Sileks" ilə oyundakı kimi deyil ki, "biabırçılıqdır" deyək. Bəzi yerlərdə saralmalar var. Amma düşünürəm ki, oyun normal keçəcək".

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq. Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları 15-16 sentyabrda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi