Stiven Kenni: "Azərbaycan millisi bəzi oyunlarda yaxşı çıxış edib"

Stiven Kenni: "Azərbaycan millisi bəzi oyunlarda yaxşı çıxış edib" "Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarını izləmişik. Komanda məğlub olsa belə, yaxşı təsir bağışlayır. "Qarabağ"ın bu mövsüm avrokuboklardakı çıxışını da xüsusi vurğulamaq lazımdır".
Futbol
3 Sentyabr , 2021 15:10
Stiven Kenni: Azərbaycan millisi bəzi oyunlarda yaxşı çıxış edib

"Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarını izləmişik. Komanda məğlub olsa belə, yaxşı təsir bağışlayır. "Qarabağ"ın bu mövsüm avrokuboklardakı çıxışını da xüsusi vurğulamaq lazımdır".

"Report"un məlumatına görə, bu fikirləri İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Azərbaycana qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis yığmaya yeni cəlb edilən Liam Skeylzin universal oyunçu olduğunu bildirib: "Koronavirusdan sağalan Kallum Robinson İngiltərədə klubu ilə məşq edib. O, sabah Azərbaycanla qarşılaşmada meydana çıxa bilər".

Qeyd edək ki, sentyabrın 4-də Dublindəki "Avivo" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi