Luis Suares Ronaldunun rekordunu üstələdi

Luis Suares Ronaldunun rekordunu üstələdi İspaniya Primerasının 22-ci turunda “Atletiko Madrid” doğma meydanında “Selta”nı qəbul edib
Futbol
9 Fevral , 2021 06:48
Luis Suares Ronaldunun rekordunu üstələdi
Luis Suares

İspaniya Primerasının 22-ci turunda “Atletiko Madrid” doğma meydanda “Selta”nı qəbul edib.

“Report” xəbər verir ki, “Vanda Metropolitano” stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Madrid klubunun forvardı Luis Suares oyunda komandasının 2 qolunu vurub.

Beləliklə, Suares “Atletiko”nun formasını geydiyi 17 oyunda 16 dəfə fərqlənərək, XXI əsrdə özünün debüt mövsümündə ən çox qol vuran futbolçu olub. Bunun üçün ona ən qısa oyun vaxtı lazım gəlib. Əvvəlki rekord göstərici 2009/2010 mövsümündə “Real Madrid”in heyətində 17 oyunda 15 qol vuran Kriştianu Ronalduya məxsusdur.

Xatırladaq ki, 34 yaşlı uruqvaylı hücumçu 2020-ci ilin sentyabrında "Barselona"dan ayrılaraq müstəqil agent kimi "Atletiko"ya qoşulub. Onun Madrid klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir.

Son xəbərlər

Orphus sistemi