"Sumqayıt" klubu baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.
"Report"un "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 40 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
Klub Abbasova kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.