"İçimdə elə hisslər var ki, sözlə ifadə etmək mümkün deyil".
Bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt" klubunun kapitanı Vurğun Hüseynov son vaxtlar cəbhə xəttində baş verən hadisələr barəsində danışarkən deyib.
32 yaşlı müdafiəçi dualarının əsgərlərlə olduğunu bildirib: "Fikrimiz onların yanındadır. İnşallah, tezliklə torpaqlarımızı azad edərik. Allah Ordumuzu, xalqımızı qorusun. Şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm".
Hüseynov döyüşə getməyə can-başla hazır olduğunu vurğulayıb: "Vətən bizim canımız, qanımızdır. Yaşasın Azərbaycan!. Ehtiyac olarsa, Orduya qoşulmağa hazıram".